Bayram və istirahət günlərində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yadım Stansiyası gücləndirilmiş iş rejimində çalışacaq

Bayram və istirahət günlərində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yadım Stansiyası gücləndirilmiş iş rejimində çalışacaq
# 19 mart 2014 08:29 (UTC +04:00)

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova APA-ya açıqlamasında deyib ki, bu gündən etibarən Dənizkənarı Milli Parkda keçiriləcək bayram tədbirləri ilə əlaqədar Bulvar ərazisində - Hökumət Evi, Qız qalası, Kukla Teatrı və “Azneft” meydanında 4 təcili yardım briqadası növbə çəkəcək. Kütlənin daha çox olduğu Atəşgah ərazisində, bundan əlavə, icra hakimiyyətləri tərəfindən keçirilən bayram tədbirlərində həkim briqadaları növbədə olacaq.

Adətən bayram və istirahət günlərində təcili yardıma müraciət edən insanların sayının artdığını xatırladan Z. Vahidova qeyd edib ki, 140 həkim briqadası Bakının 12 rayonunda insanlara xidmət göstərəcək: “Bayram güclərində bütün təcili yardım briqadalar işdə olacaqlar. Laboratoriya, rentgen maşınları ilə birlikdə ümumilikdə 143 təcili yardım briqadası tam tərkibdə işləyəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR