Sumqayıt Kimya Sənaye Parkı nümunəvi investisiya layihələri hazırlayıb

Sumqayıt Kimya Sənaye Parkı nümunəvi investisiya layihələri hazırlayıb
# 12 fevral 2014 08:47 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanın qeyri-neft sektorunda ən iri layihələrdən olan Sumqayıt Kimya Sənaye Parkına (SKSP) investisiyaların cəlb edilməsi istiqamətində kompleks tədbirlər davam etdirilir. SKSP-nin mütəxəssislərinin iştirakı ilə Sənaye Parkında fəaliyyət göstərmək istəyən potensial investorlara dəstək məqsədilə inşaat, lak-boya, şüşə, karton və digər sənaye sahələrini əhatə edən nümunəvi investisiya layihələri hazırlanıb. İnvestisiya layihələri hazırlanarkən dünya kimya bazarının aparıcı tendensiyaları nəzərə alınıb. Bu barədə «APA-Economics»ə İqtisadiyyat və Sənaye Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, investisiya layihələri çərçivəsində istehsal olunacaq məhsullara həm ölkədə, həm də regionda böyük tələbat mövcuddur. Bu məqsədlə «Sumqayıt Kimya Sənaye Parkı» MMC tərəfindən yerli və xarici şirkətlərlə işgüzar görüşlər keçirilir, ölkə daxilində və beynəlxalq tədbirlərdə Sumqayıt Kimya Sənaye Parkının təqdimatları təşkil edilir, ikitərəfli danışıqlar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR