Əli Abbasov Astarada vətəndaşları qəbul edib - FOTO - YENİLƏNİB

Əli Abbasov Astarada vətəndaşları qəbul edib - <span style="color: red;">FOTO  - <span style="color: red;">YENİLƏNİB
# 19 aprel 2014 14:29 (UTC +04:00)

Astara. Ağəddin Babayev – APA. Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Astarada vətəndaşları qəbul edib.

APA-nın cənub bürosunun məlumatına görə, qəbulda Astara ilə yanaşı, Lənkəran, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonlarının sakinləri iştirak ediblər.

Nazirliyin struktur rəhbərlərinin iştirakı ilə keçirilən qəbul zamanı cənub bölgəsindən olan 40 nəfərin şikayət və müraciətləri dinlənilib.

Qəbulda səslənən müraciətlərdə əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə qarşıya çıxan çətinliklər, işə qəbul, əmək haqqının artırılması ilə bağlı məsələlər üstünlük təşkil edib. Qaldırılan məsələlərin hər biri nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb, bəziləri yerindəcə həllini tapıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin səlahiyyətinə aid olmayan müraciətlər isə əlaqədar təşkilatlara çatdırılmaqdan ötrü qeydiyyata alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR