Erik Rubin: “ABŞ əlindən gələni edəcək ki, münaqişə tərəfləri üçün faydalı olan nizamlanmaya nail olunsun”

 Erik Rubin: “ABŞ əlindən gələni edəcək ki, münaqişə tərəfləri üçün faydalı olan nizamlanmaya nail olunsun”
# 05 dekabr 2013 16:33 (UTC +04:00)

APA-in məlumatına görə, bu sözləri ABŞ dövlət katibi köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini Erik Rubin Bakıda keçirdiyi mətbuat konfransında deyib. O, Azərbaycan və Ermənistan prezidentlərinin bu işdə göstərdiyi qətiyyəti, cəsarəti və müdrikliyi alqışladıqlarını söyləyib: “Həmçinin prezidentlərin xarici işlər nazirlərinə yenidən görüşmək və prosesi davam etdirməklə bağlı verdikləri tapşırığı da alqışlayırıq və hesab edirik ki, bu, münaqişənin danışıqlar yolu ilə həll edilməsi baxımından önəmlidir".

E. Rubinin sözlərinə görə, ABŞ ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi özünün yeni həmsədri Ceyms Uorlikin fəaliyyəti sayəsində əlindən gələni edəcək ki, münaqişənin həll edilməsi üçün imkanlar artırılsın və münaqişə tərəflərinin hamısı üçün faydalı olan nizamlanmaya nail olunsun.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR