Əfqanıstan dövlət rəsmiləri üçün keçirilən “Keçid dövründə dövlət quruculuğu” adlı 4-cü Bakı kursu başa çatıb - YENİLƏNİB - FOTOSESSİYA

Əfqanıstan dövlət rəsmiləri üçün keçirilən “Keçid dövründə dövlət quruculuğu” adlı 4-cü Bakı kursu başa çatıb - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTOSESSİYA
# 30 oktyabr 2013 10:14 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Azərbaycan Diplomatik Akademiyasının (ADA) Cenevrə Təhlükəsizlik Siyasəti Mərkəzi, Latviyanın Xarici İşlər Nazirliyi və İsveçrənin Azərbaycandakı səfirliyi ilə birgə Əfqanıstan dövlət rəsmiləri üçün həyata keçirdiyi “Keçid dövründə dövlət quruculuğu” adlı 4-cü Bakı kursu başa çatıb.

APA-nın xəbərinə görə, qapanış mərasimində çıxış edən ADA-nın rektoru Hafiz Paşayev deyib ki, kursun məqsədi Əfqanıstanda indiki mərhələdə dövlət quruculuğu, ümumən ölkənin problemləri ilə bağlı məsələlərin müəyyən mənada həllinə kömək etməkdir. O qeyd edib ki, artıq 4-cü dəfədir bu kurs təşkil olunur, kursa olan böyük maraq gələcəkdə də onun davam etdirilməsini zərurətə çevirir: “Hətta Əfqanıstanın bəzi qurumları, nazirlikləri xüsusi proqramların təşkilini təklif edirlər. Biz həmin təkliflərə də baxacağıq”.

Daha sonra H. Paşayev və Cenevrə Təhlükəsizlik Siyasəti Mərkəzindən Mark Finaud iştirakçılara sertifikatlar təqdim ediblər.

Qeyd edək ki, oktyabrın 21-də başlayan və 9 gün davam edən “Keçid dövründə dövlət quruculuğu” adlı təlimdə 20 əfqan dövlət rəsmisi fərqli sistemlər çərçivəsində gender, sülh və ədalət, medianın idarə edilməsi, keçid dövründə insan hüquqları, hökumət və ədalət sistemləri daxilində korrupsiya ilə mübarizə, təhsil, vətəndaş cəmiyyəti, insan təhlükəsizliyi, vətəndaş hərəkatları və ekstremizmlə mübarizə kimi mövzular üzrə kurs keçiblər. Təlim Azərbaycan, İsveçrə və Latviya hökumətlərinin maliyyə dəstəyi ilə baş tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR