Novruz bayramı ərəfəsində Bakıda kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçiriləcək - ÜNVAN - YENİLƏNİB

Novruz bayramı ərəfəsində Bakıda kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçiriləcək - <span style="color: red;">ÜNVAN  - <span style="color: red;">YENİLƏNİB
# 11 mart 2014 12:05 (UTC +04:00)

Nazirliyin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, Kənd Təsərrüfatı Nazirliyinə yerli icra hakimiyyəti orqanları ilə birlikdə Bakıda keçirilən kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının daha səmərəli təşkili, onların fəaliyyətinə normal şəraitin yaradılması, əhali və fermerlər üçün əlverişli ticarət mühitinin formalaşdırılması, yarmarkalarda sui-istifadə hallarının aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görülməsi, kənd təsərrüfatı məhsulları istehsalçılarının topdan və pərakəndə satış bazarlarına çıxış imkanlarının genişləndirilməsi məqsədi ilə şəhərlərdə və rayon mərkəzlərində yarmarkaların təşkili tapşırılıb.

Qeyd edək ki, Bakı şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satış yarmarkaları ən müasir standartlara uyğun və yeni qapalı formada qurulacaq, daha səmərəli təşkil olunacaq, əhali və fermerlər üçün əlverişli ticarət mühiti yaradılacaq. Həmçinin, ictimai iaşənin təşkili, müvafiq qaydada sanitar norma və qaydalara riayət olunması və əhalinin rahatlığı üçün hər cür şəraitin yaradılması bu yarmarkaları digərlərindən fərqləndirəcək.

Bakıda yarmarkaların keçiriləcəyi ünvanlar:

Xətai rayonu, Məhəmməd Hadi küçəsi, Ukrayna dairəsindən «H.Aslanov» metrosuna düşən yolda;

Yasamal rayonu, Akim Abbasov küçəsi, İran klinikasının yanı;

Nərimanov rayonu, «Gənclik» metrosu, stadionun yanı;

Binəqədi rayonu, Dərnəgül yaşayış sahəsi, 6 saylı Peşə Litseyinin həyəti;

Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «Günəş» Ticarət Mərkəzinin yanı;

Nəsimi rayonu, «Təzə bazar»ın ərazisi;

Səbail rayonu, Badamdar qəsəbəsi, 239 nömrəli məktəbin yanı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR