SHÇDX-nın təşkilatçılığı ilə Sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTOSESSİYA - VİDEO

SHÇDX-nın təşkilatçılığı ilə Sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 19 fevral 2014 13:06 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Bu gün Bakıda Sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. APA-nın məlumatına görə, Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin (SHÇDX) təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanın dövlət və hökumət rəsmiləri, Əfqanıstan müharibəsi veteranları, Silahlı Qüvvələrin zabit və gizirləri, MDB hökumət başçıları Şurası yanında Beynəlmiləl hərbçilərin işi üzrə Komitənin Əlaqələndirmə Şurasının sədri Ruslan Auşev, Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov və Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin iştirak edib.

Tədbirdə qeyd olunub ki, Azərbaycan vətəndaşları Sovet Ordusunun tərkibində Əfqanıstanda gedən döyüşlərdə iştirak ediblər. Sonradan müstəqilliyin ilk illərində Əfqanıstan veteranları Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında, Milli Ordunun yaranmasında fəal iştirak ediblər. Onlardan 7 nəfər Azərbaycanın Milli Qəhrəmanı, 37 nəfər «Azərbaycan Bayrağı» ordeni, onlarla Əfqanıstan veteranı müxtəlif orden və medallarla təltif olunub.

Tədbirdə çıxış edən SHÇDX rəisi, general-leytenant Arzu Rəhimov Ruslan Auşevi Azərbaycan prezidentinin tərəfindən «Dostluq» ordeni ilə təltif olunması münasibəti ilə təbrik edib.

A. Rəhimov qeyd edib ki, bu gün Azərbaycanın bir problemi var, o da torpaqların bir hissəsinin Ermənistan tərəfindən işğal olunmasıdır.

Öz növbəsində R.Auşev bildirib ki, MDB-nin bir çox ölkələrində Sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının ildönümü ilə bağlı tədbirlər görülür. Çıxışında Azərbaycan prezidenti tərəfindən ona “Dostluq” ordeninin verilməsi barədə danışan R.Auşev dövlət başçısının veteranların problemləri ilə maraqlandığını qeyd edib. R.Auşev Əfqanıstanda döyüşmüş şəxsləri təbrik edib, onlara cansağlığı arzulayıb.

Sonra çıxış edən Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin bildirib ki, Sovet ordusu əsgərlərinin Əfqanıstanda göstərdiyi şücaətlə qürur duymaq lazımdır. O, Əfqanıstanda ruslar və azərbaycanlıların birlikdə döyüşməsindən şad olduğunu qeyd edib. Səfir həmçinin R.Auşevi “Dostluq” ordeni ilə təltif olunması münasibətilə təbrik edib.

Azərbaycan Əfqanıstan Veteranları Birliyinin sədri Məhəmməd Vəliyev isə bildirib ki, rəhbərlik etdiyi təşkilat Azərbaycanın dövlət qurumları ilə sıx əməkdaşlıq edir: «Əfqanıstan müharibəsi veteranları göstərilən diqqətə görə prezident İlham Əliyevə təşəkkür edir. Azərbaycan «əfqanları» Ali Baş Komandanın əmrinə hazırdır».

Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxışında qeyd edib ki, Azərbaycan vətəndaşları Əfqanıstanda hərbi andını şərəflə, qəhrəmanlıqla yerinə yetirib.

Azərbaycan dövləti Əfqanıstan veteranlarının xidmətlərindən Əfqanıstandakı fəaliyyətləri başa çatandan sonra da istifadə edib: «Bu gün də sizin xidmətinizdən istifadə edilir. Əfqanıstan veteranları Əfqanıstanda öz əsgəri borcunu şərəflə yerinə yetirib, biz bu 9 min Azərbaycan vətəndaşı ilə fəxr edirik».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR