Göyçayda minik və yük avtomobilləri toqquşub, 6 nəfər xəsarət alıb - VİDEO

Göyçayda minik və yük avtomobilləri toqquşub, 6 nəfər xəsarət alıb - <span style="color: red;">VİDEO
# 11 fevral 2014 19:56 (UTC +04:00)

APA-nın məlumatına görə hadisə bu gün saat 19:30 radələrində Göyçay-Alpoud yolunun 20-ci kilometrliyində, Mırtı kəndi ərazisində qeydə alınıb. Qaraxıdır kənd sakini 1988-ci il təvəllüdlü Abdullayev Vüqar Adil oğlunun idarə etdiyi 23-BP-081 dövlət nömrə nişanlı “VAZ 21011” markalı minik maşını qarşı tərəfdən gələn 1970-ci il təvəllüdlü Həsrətov Orxan Vaqif oğluna məxsus 36-71-AGF nömrə nişanlı “QAZ 53” markalı yük maşını ilə toqquşub. Hadisə nəticəsində “VAZ 21011” markalı minik maşınının sürücüsü, eləcə də sərnişinlər-1951-ci il təvəllüdlü Abdullayeva Almarə Soltanəli qızı, 1981-ci il təvəllüdlü Abdullayeva Samirə Seyfəddin qızı, 2011-ci il təvəllüdlü Abdullayev Şəmistan Vüsal oğlu, 1990-cı il təvəllüdlü Abdullayeva Gülanə Adil qızı, 2007-ci il təvəllüdlü Abdullayeva Səlminaz Vüsal qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR