Pakistanda partlayış nəticəsində 5 nəfər ölüb 20 nəfər yaralanıb

Pakistanda partlayış nəticəsində 5 nəfər ölüb 20 nəfər yaralanıb
# 10 oktyabr 2013 18:27 (UTC +04:00)

Bakı-APA. Pakistanda törədilmiş partlayış nəticəsində 5 nəfər ölüb 20 nəfər yaralanıb. APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, partlayış Belucistan əyalətinin paytaxtı Kvet şəhərində yerləşən bazarın ərazisində törədilib.

Partlayışa görə hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Qeyd edək ki, Belucistan əyalətində müntəzəm olaraq islamçıların və üsyançı separatçıların hücumları baş verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR