Azərbaycan prezidenti serbiyalı həmkarına təbrik məktubu göndərib

Azərbaycan prezidenti serbiyalı həmkarına təbrik məktubu göndərib
# 14 fevral 2014 15:43 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev serbiyalı həmkarı Tomislav Nikoliçə təbrik məktubu göndərib.

APA-nın məlumatına görə, təbrikdə deyilir: “Serbiya Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-Serbiya əlaqələri, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcək.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Serbiya xalqına əmin-amanlıq və firavanlıq diləyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR