İlqar Məmmədov Ali Məhkəməyə şikayət edib

İlqar Məmmədov Ali Məhkəməyə şikayət edib
# 23 sentyabr 2013 14:16 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. “REAL” (Respublikaçı Alternativ) Hərəkatının həbsdə olan sədri İlqar Məmmədov Mərkəzi Seçki Komissiyasına (MSK) şikayəti əsasında olan məhkəmə qərarından kassasiya şikayəti verib.

APA-nın məlumatına görə, kassasiya şikayəti Ali Məhkəməyə təqdim edilib. Yaxın günlərdə kassasiya şikayətinə baxılacaq.

Qeyd edək ki, MSK İ.Məmmədovun prezidentliyə namizədliyini qeydə almayıb. Bundan narazı qalan İ.Məmmədov isə məhkəməyə müraciət edib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. Kassasiya şikayəti həmin qərardan verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR