Azərbaycanın “Eurovision-2014” təmsilçisi Dilarə Kazımova Gürcüstana səfər edəcək

Azərbaycanın “Eurovision-2014” təmsilçisi Dilarə Kazımova Gürcüstana səfər edəcək
# 21 aprel 2014 07:51 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Azərbaycanın “Eurovision-2014” təmsilçisi Dilarə Kazımovanın Avropa promo-turu çərçivəsində səfər edəcəyi növbəti ölkə Gürcüstan olacaq.

APA-nın məlumatına görə, aprelin 22-də baş tutacaq səfərdə Dilarə Kazımova Gürcüstanda bir neçə telekanalın qonağı olacaq. Daha sonra xanım müğənni radiostansiyaların, qəzet və jurnalların təmsilçiləri ilə görüşəcək.

Səfər çərçivəsində təmsilçimiz Gürcüstanın “Eurovision 2014”-dəki iştirakçısı Mariko Ebralidze ilə görüşəcək və birgə müsahibə verəcək.

Təşkilatçılar APA-ya bildiriblər ki, Dilarə Kazımova aprelin 25-də Maltaya da səfər edəcək.

Qeyd edək ki, Azərbaycan təmsilçisi “Start a Fire” mahnısını Kopenhagendə mayın 6-da “Eurovision-2014” müsabiqəsinin birinci yarımfinalında 8-ci nömrə altında təqdim edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR