Fransanın Azərbaycandakı səfirliyində əcnəbi və yerli rəssamların əsərlərindən ibarət sərgi keçirilib

Fransanın Azərbaycandakı səfirliyində əcnəbi və yerli rəssamların əsərlərindən ibarət sərgi keçirilib
# 06 dekabr 2013 07:14 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Fransanın Azərbaycandakı səfirliyində əcnəbi və yerli rəssamların əsərlərindən ibarət “Əks” adı altında sərgi keçirilib.

APA-nın məlumatına görə, sərgidə əsərləri təqdim olunan rəssamlar, səfirliyin rəsmiləri, mədəniyyət nümayəndələri iştirak edib.

Fransanın Azərbaycandakı səfiri Paskal Mönye sərginin keçirilməsinin məqsədi və qarşılıqlı mədəni əlaqələrin əhəmiyyətindən danışıb: “Fransa səfirliyi Bakıda yaşayan rəssamların sərgisini öz iqamətgahında keçirməkdən məmnundur. Bu tədbiri səfirliyin bütün komandası maraqla hazırlayaraq, həm də belə paylaşmanın intuisiyasının keyfiyyətini dərk etdi”.

Səfir qeyd edib ki, sərgidə azərbaycanlı, iranlı, britaniyalı və şotlandiyalı rəssamların əsərləri nümayiş olunur: “Ümid edirəm ki, sizin ixtiyarınıza verilən əsərlər ürəyinizcə olacaq. Rəssamlıq elə sahədir ki, orda tərcüməçiyə, kiminsə izahına ehtiyac yoxdur. Əsərləri nümayiş olunan rəssamlarla əməkdaşlıqdan çox məmnunuq və ümid edirəm ki, bu, gələcəkdə də davam edəcək”.

Sərgidə Roşanak Ostad, Habib Saher, Hayas Hosseinin, Fərid Məmmədzadə və Fəridə Məmmədzadənin, eləcə də başqa rəssamların əsərləri nümayiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR