ABŞ prezidenti İranla danışıqlara ziyan vuran qanunlara veto qoyacaq - YENİLƏNİB

ABŞ prezidenti İranla danışıqlara ziyan vuran qanunlara veto qoyacaq - <span style="color: red;">YENİLƏNİB
# 29 yanvar 2014 08:11 (UTC +04:00)

Barak Obama: “İran rəhbərliyi bu imkandan istifadə edərsə, onda əsas problemlərimizdən biri müharibəsiz həll oluna bilər”

Bakı. Real Cəfərli – APA. ABŞ prezidenti konqresmenlərə daha bir xəbərdarlıq edib.

APA-nın “Fars” agentliyinə istinadən verdiyi məlumata görə, Barak Obama bildirib ki, ABŞ Konqresinin İranla danışıqlar zamanı bu ölkəyə qarşı yeni iqtisadi sanksiya haqda qəbul edəcəyi qərara veto qoyacaq:

“Biz İrana qarşı mümkün olan sanksiyaları tətbiq etdik. Ona görə də ABŞ Konqresi gələcəkdə mənə danışıqları təhlükə altında qoyacaq yeni sanksiya layihəsi göndərsə, ona veto qoyacam. Biz diplomatiyaya şans verməliyik. Əgər İran liderləri bu fürsətdən istifadə etməzsə, onda bu ölkəyə qarşı sanksiyaların sərtləşdirilməsini istəyən ilk şəxs mən olacağam. Eyni zamanda İranın nüvə silahı istehsal edə bilməməsi üçün bütün variantlardan istifadə etməyə hazır olacağam. Lakin İran liderləri bu imkandan istifadə edərlərsə, onda bu ölkə dünya ictimaiyyətinə qoşulmaq üçün mühüm addım ata və bununla da bizim əsas problemlərimizdən biri müharibəsiz həll oluna bilər”.

B.Obamanın sözlərinə görə, son 10 ildə ilk dəfə İranın nüvə proqramının irəliləməsinin dayandırılması və onun hissələrinin geriyə doğru sövq edilməsi ABŞ diplomatiyasının davamlı təzyiqinin nəticəsidir: “Artıq İran yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatını aradan qaldırmağa başlayıb. Bu ölkə yeni nəsil sentrifuqalar quraşdırmır. İndiyədək görünməmiş təftişlər dünyaya hər gün İranın nüvə silahı hazırlamadığını yoxlamağa kömək edir. Biz müttəfiqlər və tərəfdaşlarımızla ümumi məqsədə nail olub-olmadığımızı görmək üçün danışıqlar aparırıq. Məqsəd İranın nüvə silahına sahib olmasının qarşısını almaqdır”.

ABŞ prezidenti deyib ki, İranla müzakirələrin çətin və uğursuz nəticələnməsi də mümkündür. “Biz İranın “Hizbullah” kimi terrorçu təşkilatları dəstəklədiyini, bunun müttəfiqlərimizi təhdid etdiyini bilirik. Bundan əlavə, ABŞ və İran xalqları arasında inamsızlıq var. Ancaq bu müzakirə etimada əsaslanır. Bizim İranın nüvə silahı istehsal etmədiyinə dair dünya ictimaiyyətini razı salmaq üçün yoxlanılmış tədbirlər əsasında uzunmüddətli müqavilə barədə razılığa gəlməliyik”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR