Ukraynanın Poltava şəhərində Xocalı soyqırımına həsr edilən tədbir keçirilib - FOTO

Ukraynanın Poltava şəhərində Xocalı soyqırımına həsr edilən tədbir keçirilib - <span style="color: red;">FOTO
# 26 fevral 2014 20:04 (UTC +04:00)

APA-nın məlumatına görə, tədbirdə Xocalı faciəsi və Qarabağ döyüşlərində xüsusi şücaət göstərərək həlak olmuş sonuncu Sovet İttifaqı Qəhrəmanı Ukraynadan olan Oleq Babakın xatirəsi anılıb. Tədbir Xocalı faciəsi qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla başlayıb.

Poltava İqtisad və Ticarət Universitetində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yaşar Alxasov və Poltava Təşkilatı sədri Qazax Nağı Xocalı faciəsinin acı nəticələrindən danışaraq məlumat veriblər. Daha sonra universitetin prorektoru Olqa Korpenko və tələbələr çıxış ediblər.

Tədbirdə eyni zamanda "Ağdam - Qafqaz Xirosiması" adlı film də nümayiş etdirilmiş və tədbir iştirakçılarına erməni vandalizmi, erməni təcavüzü barədə geniş məlumat verilib. Tədbirdə Nigeriya, Türkmənistan, Gürcüstan, İrandan olan və yerli tələbələr iştirak ediblər.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR