Bakıda sökülməkdə olan bina uçub, iki nəfər ölüb - FOTOSESSİYA

Bakıda sökülməkdə olan bina uçub, iki nəfər ölüb - <span style="color: red;">FOTOSESSİYA
# 25 yanvar 2014 14:53 (UTC +04:00)

APA-nın xəbərinə görə, bina prospektə tərəf uçduğu üçün yolun kənarında dayanan avtomobillər dağıntı altında qalıb.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin qüvvələri və texnikası cəlb edilib.

Hadisə nəticəsində yaxınlıqda dayanan avtomobillərdən biri tam yararsız hala düşüb, daha 6 maşın qismən əzilib.

Yararsız hala düşmüş “Mitsubishi Pajero” markalı avtomobildə olan iki nəfər Bakı sakini isə xilasedicilər tərəfindən ağır yaralı vəziyyətdə çıxarılıblar. Onlar 5 saylı şəhər Klinik Xəstəxanasına aparılarkən yolda keçiniblər.

Nərimanov rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, bunlar Bakı sakinləri - 1992-ci il təvəllüdlü Bayramlı Cavid Ədalət oğlu və 1988-ci il təvəllüdlü Ələkbərov Asiman Salman oğludur.

Avtomobilin sürücüsü C. Bayramlı olub.

Ərazidə xilasetmə əməliyyatı başa çatıb və axtarış dayandırılıb. FHN əməkdaşları ərazidə əlavə təhlükəsizlik tədbirləri görüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR