Eldar Namazov Milli Şurada partiyalar üçün kvotaların azaldılması və Koordinasiya Şurasının yaradılmasından imtina təklifi ilə çıxış edib - YENİLƏNİB

Eldar Namazov Milli Şurada partiyalar üçün kvotaların azaldılması və Koordinasiya Şurasının yaradılmasından imtina təklifi ilə çıxış edib - <span style="color: red;">YENİLƏNİB
# 14 yanvar 2014 15:41 (UTC +04:00)

“El” Hərəkatından APA-ya verilən məlumata görə, bəyanatda qeyd edilir ki, Milli Şuranın fərdi iştirak prinsipi əsasında yaradılmış Nizamnaməsi, həm də “El” Hərəkatı daxilində işin demokratik prinsiplər baxımından qurulduğunu nəzərə alaraq, Milli Şuranın tərkibindən çıxmaq və ya orada iştirakı davam etdirmək barədə kollektiv qərar vermək düzgün deyil.

E. Namazov belə qərarı hər kəsin özünün, fərdi qaydada qəbul etməli olduğunu bəyan edib: “Mənim şəxsi mövqeyim ondan irəli gəlir ki, Milli Şuranın yaradılması anons ediləndən ötən ilin sentyabrına kimi, 8 ay ərzində Milli Şuranın yaradılması və təşəkkülü üzrə təşkilati və koordinasiya işlərini mən aparmışam. Amma ötən il eyni diqqəti və səyləri “El”ə qarşı göstərmək mümkün olmadı və bu da hərəkatın inkişafına mənfi təsir göstərdi. Odur ki, növbəti dövrdə mən əsas diqqəti hərəkatın fəaliyyətinə yönəltmək niyyətindəyəm. Çünki bu il hərəkat öz birinci qurultayını keçirməli, təşkilati quruculuq üzrə işləri başa vurmalıdır. Bu məsələ ilə bağlı yekun qərarı yaxın gələcəkdə qəbul edəcəyəm”.

Bəyanatda vurğulanır ki, konkret liderlər və təşkilatlar arasında asan olmayan qarşılıqlı münasibətlərlə, həm də son aylar qəbul edilmiş idarəçiliklə bağlı bəzi yanlış qərarlarla əlaqədar subyektiv səbəblərlə yanaşı, yaranmış indiki mürəkkəb durumun obyektiv səbəbləri də var: “Bu, ondan ibarətdir ki, prezident seçkiləri başa çatdıqdan sonra vəziyyətin yenidən dərk edilməsi və birgə fəaliyyət üçün yeni stimulların axtarılması dövrü qaçılmaz idi. Müvafiq olaraq hər hansı struktur baxımından yenidən təşkilatlanmaya zərurət yaranır. Belə plan təklif etmədən və həmin planlar ətrafında yeni konsensus əldə etmədən təşkilatın inersiya prinsipi ilə saxlanmasına çətin ümid etmək olar. Hesab edirəm ki, bu mərhələdə partiyaların, ictimai təşkilatların, gənclər təşkilatlarının, ziyalıların səylərinin koordinasiyasının vacibliyi ola bilər. Belə əsas Milli Şurada əvvəl də olub, lakin seçkilərdə vahid namizədlə iştirak etmək ideyası üstünlük təşkil edib, indi isə bu üstün əsas artıq yoxdur”.

E. Namazov Milli Şura ilə bağlı bir neçə təkliflə çıxış edib: “Əvvəllər də planlaşdırıldığı kimi Milli Şuranın üzvlərinin sayını təxminən 50-yə çatdırmaqla partiya üzvlərinin və müstəqil şəxslərin bərabər təmsilçiliyi üçün partiya kvotalarının azaldılması, əsas brenddən imtina etməməklə təşkilatın adına düzəliş etmək-məsələn, Milli Şura (demokratik qüvvələrin koordinasiya mərkəzi). Çoxlu mübahisəyə səbəb olan daxili Koordinasiya Şurasının yaradılması ideyasından imtina etməkdə olar. Belə ki, Milli Şura özü daha kompakt koordinasiyaedici orqana çevriləcək. Onun işinin təmin olunması üçün sədr aparatı yetərli olacaq. Əgər sərt vertikal iyerarxiya strukturuna malik bir qurumda olmaq bir çox təşkilatlar üçün problemlər yaradırsa, onda bərabər hüquq əsasında koordinasiya orqanında iştirak vaxtilə Milli Şuraya daxil olmayan, həm də son vaxtlar onun tərkibindən çıxan təşkilatlar üçün məqbul ola bilər”.

***

saat 17:04

Bakı. Ramiz Mikayıloğlu - APA. “El” Hərəkatı Milli Şura ilə bağlı qərar verib.

APA-nın məlumatına görə, Milli Şurada qalıb-qalmamaqla bağlı qərar vermək “El” Hərəkatının Milli Şurada olan üzvlərinin ixtiyarına buraxılıb.

Bu gün “El” Hərəkatı İdarə Heyətinin iclası keçirilməsə də, bu razılaşma “El” Hərəkatının sədri Eldar Namazovun “El” Hərəkatı İdarə Heyətinin üzvləri ilə ayrılıqda apardığı müzakirələr nəticəsində əldə olunub. Bu barədə qərarı açıqlamaq da E. Namazova həvalə edilib.

“EL” Hərəkatı İdarə Heyətinin üzvü Zəfər Quliyev APA-ya açıqlamasında deyib ki, İdarə Heyətinin ötən həftə keçirilən iclasında belə razılığa gəlinib ki, İdarə Heyətinin iclasını hansısa səbəbdən keçirmək mümkün olmasa, E. Namazov sədr kimi “El” Hərəkatının məsələ ilə bağlı mövqeyini bildirə bilər. O, Milli Şura ilə bağlı seçimin “El” Hərəkatının qurumda təmsil olunan üzvlərinin ixtiyarına buraxıldığı barədə xəbəri nə təsdiq, nə təkzib edib.

“El” Hərəkatı İdarə Rövşən Əhmədli isə APA-ya açıqlamasında deyib ki, Milli Şuraya hər kəs fərd şəklində daxil olub, qurumu tərk edib-etməmək də hər bir fərdin öz hüququdur. Onun sözlərinə görə, Milli Şura partiyaların, hərəkatların deyil, fərdlərin birgə təsis etdiyi qurumdur, Milli Şuranı tərk edib-etməmək barədə qərarı da fərdlər özləri verməlidirlər.

E. Namazov isə APA-ya açıqlamasında qərarı sabah açıqlayacağını söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR