«Turanbank»ın aktivləri son bir ildə 16% artıb

«Turanbank»ın aktivləri son bir ildə 16% artıb
# 17 fevral 2014 07:33 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanın «Turanbank» ASC-nin aktivləri bu ilin fevralın 1-nə 247,4 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə ötən ilin analoji dövrü ilə müqayisədə 15,6% çoxdur.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat tarixinə bankın kredit portfeli 2013-cü ilin analoji dövrü ilə müqayisədə isə 9,9% artaraq 178,2 mln. manata çatıb.

Bu ilin fevralın əvvəlinə bankın müştəri hesabları və depozit portfeli 108,7 mln. manat təşkil edib. Depozit portfelinin strukturunda fiziki şəxslərin müddətli əmanətləri ötən ilin analoji dövrü ilə müqayisədə 29,8% artaraq 61,9 mln. manat təşkil edib.

Bu ilin fevralın 1-nə bankın nizamnamə kapitalı 44 mln. manat təşkil etməklə ötən ilin müvafiq dövrü ilə müqayisədə 46,7% artıb. Hesabat dövründə bankın məcmu kapitalı ötən ilin analoji dövrü ilə müqayisədə isə 32,9% artaraq 51,1 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR