Fərhad Hacıyev Avropa Şurasının Gənclərlə İş Komitəsində yeni vəzifəyə təyin olunub

Fərhad Hacıyev Avropa Şurasının Gənclərlə İş Komitəsində yeni vəzifəyə təyin olunub
# 12 fevral 2014 07:53 (UTC +04:00)

Bakı - APA. Azərbaycan prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev Avropa Şurasının Gənclərlə İş üzrə Hökumətlərarası Daimi Komitəsi tərəfindən Rusiya Federasiyası ilə Avropa Şurası arasında gənclər sahəsində imzalanmış sazişin icrası ilə bağlı məruzəçi seçilib.

Bu barədə APA-ya Gənclər Fondundan məlumat verilib.

Qeyd edək ki, F.Hacıyev Avropa Şurasının Gənclərlə İş üzrə Hökumətlərarası Daimi Komitəsinin büro üzvü və Avropa Şurasının Gənclərlə İş Komitəsinin sədri kimi fəaliyyət göstərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR