Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssisələrində yaradılacaq “SABAH” qruplarının təqdimat mərasimi keçirilib - FOTO - VİDEO

Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssisələrində yaradılacaq “SABAH” qruplarının təqdimat mərasimi keçirilib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 13 fevral 2014 08:21 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssisələrində yaradılacaq “SABAH” qruplarının təqdimat mərasimi keçirilib. APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov tədbirdə çıxış edərək “SABAH” qruplarının yaradılması zərurəti haqqında fikirlərini bildirib. Onun sözlərinə görə, “SABAH” qrupları savadlı, bacarıqlı və hazırlıqlı tələbələrdən təşkil ediləcək. Nazir qeyd edib ki, Təhsil Nazirliyi “Azərbaycan Respublikasında təhsilin inkişafı strategiyası”na uyğun olaraq, ölkə təhsilinin strateji hədəflərindən biri kimi gənclərin potensialını inkişaf etdirməyi nəzərdə tutur”.

Nazir vurğulayıb ki, qloballaşan dünyanın yeni çağırışları və ölkədə yüksək biliyə malik cəmiyyətin qurulması zərurəti Azərbaycan gəncliyi qarşısında tamamilə yeni tələblər qoyur: “Gənclərin intellektual və yaradılıcılıq potensialının inkişafı, onların elm, təhsil və yeni texnologiyalara marağının artması da bu istiqamətdə kompleks tədbirlərin həyata keçirilməsini aktuallaşdırıb. Müasir dövrdə gənc alim və mütəxəssislərin fəaliyyət sahələrində yeni innovativ idarəçilik mexanizmlərinin tətbiqi tələb olunur. Bu məqsədlərə nail olmaq üçün ali təhsil müəssisələrində təhsilin keyfiyyətinin yüksəldilməsi və müasir tələblərə uyğun kadr hazırlığının təmin olunması əsas vəzifələrdəndir”.


Tələbələrin seçimi məsələsinə aydınlıq gətirən nazir “SABAH” qruplarının ali təhsil müəssisələri üzrə əyani şöbənin I kursunu müvəffəqiyyətlə bitirmiş tələbələrin formalaşdırdığını bildirib. Onun sözlərinə görə, elmi-pedaqoji potensialı, tədris-laboratoriya və maddi-texniki bazasını yüksək olan ali məktəblərdə "SABAH" qruplarına seçilmiş tələbələrin II kursdan təhsilini davam etdirməsi nəzərdə tutulur.

Təhsil Nazirliyin elm və ali təhsil şöbəsinin aparıcı məsləhətçisi Sülhəddin Gözəlov bildirib ki, qruplarda nazirliyin nəzdində olan 20 ali təhsil müəssisəsindən 15-ni, 150-yə yaxın ixtisasdan 53-nü əhatə edəcək. Onun sözlərinə görə, tələbələrin əhatəlilik dərəcəsi isə təhsil ixtisas qrupunda - 79,5%, humanitar və sosial ixtisas qrupunda – 67,5%, iqtisadiyyat və idarəetmə ixtisas qrupunda – 57,3%, təbiət ixtisas qrupunda – 87,8%, texniki və texnoloji ixtisas qrupunda – 49,5% təşkil edir. Bütövlükdə 15 ali təhsil müəssisəsində əyani formada təhsil alan 21540 tələbədən 14959 nəfərinin bu proseslə əhatə olunması nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR