DİN Bərdədə mənşəyi bilinməyən külli miqdarda ət tapılması faktı ilə bağlı məlumat yayıb

DİN Bərdədə mənşəyi bilinməyən külli miqdarda ət tapılması faktı ilə bağlı məlumat yayıb
# 17 fevral 2014 09:57 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Daxili İşlər Nazirliyi Bərdədə mənşəyi bilinməyən külli miqdarda ət tapılması faktı ilə bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, fevralın 14-də Daxili İşlər Nazirliyinin Karantin Tədbirlərini Təmin Edən Əlahiddə Polis Taboru və Dövlət Baytarlıq Xidməti əməkdaşları tərəfindən Bərdə şəhəri Səməd Vurğun küçəsində yaşayan Seyfəddin Novruzovun həyətində mənşəyi məlum olmayan 10 ton yararsız ət aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR