CAPDİ seçki müşahidə missiyası Azərbaycanda keçirilən seçkiləri yüksək qiymətləndirib - FOTO

CAPDİ seçki müşahidə missiyası Azərbaycanda keçirilən seçkiləri yüksək qiymətləndirib - <span style="color: red;">FOTO
# 10 oktyabr 2013 08:24 (UTC +04:00)

Missiyanın rəhbəri Jusuf Kalla bildirib ki, CAPDİ-nin gəldiyi nəticəyə görə seçki məntəqələrinin əməkdaşları peşəkardır: “Seçkilər yaxşı təşkil olunmuşdu, tam sərbəst, şəffaf şəkildə keçirilib. Hər hansı zorakılıq halları qeydə alınmayıb. Yerli müşahidəçilərin seçki prosesinə sərbəst çıxışı təmin olunmuşdu. Biz hansısa şikayətlə qarşılaşmadıq”.

“Biz indi Azərbaycan xalqını seçkilərin yaxşı idarə olunması və prezident seçimi münasibəti ilə təbrik edə bilərik”, - deyə J. Kalla vurğulayıb.

CAPDİ missiyasında təmsil olunan Kanadanın keçmiş baş nazirinin müavini xanım Şeila Kopps qeyd edib ki, onlar düzgün təşkil olunmuş, dinc şəraitdə keçən seçkiləri müşahidə ediblər. Bəzi texniki problemlərin olduğunu vurğulayan Ş. Koppsun sözlərinə görə, məntəqələrdə bütün partiyaların nümayəndələri ilə keçirilən görüşdə onlardan hər hansı narazılıq eşidilməyib: “Səslərin sayılması prosesi, seçicilərin aktivliyinin aşağı olması prosesini seçkidən öncə mediaya çıxışı və müxtəlif təbliğat vasitələrindən istifadə etməklə yüksəltmək mümkündür”.

CAPDİ müşahidə missiyası seçkiləri yüksək qiymətləndirdiyini bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR