Ağdama güclü leysan yağıb, bəzi evləri su basıb, kənd təsərrüfatına ciddi ziyan dəyib

Ağdama güclü leysan yağıb, bəzi evləri su basıb, kənd təsərrüfatına ciddi ziyan dəyib
# 22 sentyabr 2013 20:10 (UTC +04:00)

APA-nın Qarabağ bürosunun məlumatına görə, cəbhəyanı kəndlərdə bəzi evləri su basıb.

Çıraqlı kəndində bir neşə evə su dolub, Mirəşelli kəndində bir ev uçmaq təhlükəsi ilə üzləşib. Ailə artıq evi tərk edib.

Sözügedən yaşayış məntəqələrində kənd təsərrüfatına ciddi ziyan dəyib. Əsasən yığılmaqda olan soğan məhsulu məhv olmaq təhlükəsi qarşısındadır.

Leysan yağışların Ağcabədi rayonuna da ciddi ziyan vurduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR