Kliçko Kiyevin meri vəzifəsinə iddia etməyəcək

Kliçko Kiyevin meri vəzifəsinə iddia etməyəcək
# 26 fevral 2014 03:11 (UTC +04:00)

Bakı-APA. Ukraynanın müxalif UDAR partiyasından olan deputat Pavel Rozenko bildirib ki, partiya lideri Vitali Kliçko Kiyevin meri vəzifəsinə öz namizədliyini irəli sürməyəcək. APA-nın məlumatına görə, bu barədə UNN “112 Ukrayna” telekanalına istinadən məlumat yayıb.

“O Ukrayna prezidenti vəzifəsinə namizəddir, bu səbəbdən də Kiyev meri seçkilərində onun namizədliyinin irəli sürülməsi mümkünsüzdür”, deyə Rozenko qeyd edib.

Qeyd edək ki, Ukraynada prezident seçkiləri mayın 25-nə təyin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR