“Azerfon” şirkəti mobil ödənişlərin tətbiqi ilə bağlı Mərkəzi Bankla danışıqlar aparır

“Azerfon” şirkəti mobil ödənişlərin tətbiqi ilə bağlı Mərkəzi Bankla danışıqlar aparır
# 08 aprel 2014 08:54 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. “Azerfon” şirkəti mobil ödənişlərin tətbiq edilməsi üçün Azərbaycan Mərkəzi Bankı ilə danışıqlar aparır.

APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında şirkətinin baş icraçı direktoru Kent Maknili bildirib.

Onun sözlərinə görə, hələlik bu məsələ ilə bağlı konkret nəticə əldə edilməyib və müzakirələr davam edir.

K.Maknili əlavə edib ki, bu, Azərbaycan üçün çox önəmli bir xidmət olacaq: “Ona görə də öz tərəfimizdən töhfəmizi verməyə çalışırıq. Bu işə diqqətlə yanaşırıq və onu həyata keçirməyə çalışırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR