Qazaxıstan müdafiə nazirinin müavini Elektron Hesablayıcı Maşınlar zavodunda olub

Qazaxıstan müdafiə nazirinin müavini Elektron Hesablayıcı Maşınlar zavodunda olub
# 21 fevral 2014 11:34 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Elektron Hesablayıcı Maşınlar zavodunda Müdafiə Sənayesi Nazirliyinin (MSN) nümayəndələri ilə Azərbaycanda səfərdə olan Qazaxıstan müdafiə nazirinin müavini Abdraim Bakıtjanın rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Bu barədə APA-ya MSN-in mətbuat xidmətindən məlumat verilib.

Qazaxıstan nümayəndə heyətinə Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı məlumat verilib.

Görüşdə Azərbaycanla Qazaxıstan arasında müdafiə sənayesi sahəsi üzrə əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Görüşdən sonra nümayəndə heyəti nazirliyin müəssisələrində istehsal olunan müdafiə təyinatlı məmulatların sərgisinə baxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR