Ağdamda oğul anasının evini yandırmaqda şübhəli bilinərək saxlanılıb - VİDEO

Ağdamda oğul anasının evini yandırmaqda şübhəli bilinərək saxlanılıb - <span style="color: red;">VİDEO
# 19 fevral 2014 22:29 (UTC +04:00)

APA-nın məlumatına görə, Ağdamın Qiyaslı kəndindən məcburi köçkün düşən Mülayim Nəbiyevanın evini onun oğlu Sarvan Nəbiyevin yandırdığı etimal olunur.

Qohumlarının sözlərinə görə, Mülayim Nəbiyevanın oğlu Sarvanın davranışları ailə üzvlərini narahat edirmiş. Əvvəlcə onun həyat yoldaşı, daha sonra isə anası evi tərk edib. Psixoloji sarsıntı keçirən Sarvan Nəbiyev yaşadığı evi yandırdıqdan sonra oranı tərk edib.

Qonşular hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşlarını çağrıblar. Yanğınsöndürənlər üçotaqlı evdə alovun qarşısını almağa nail olublar.

Hadisə yerini tərk edən Sarvan Nəbiyevi isə Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları saxlayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR