Müsavatçı gənclər Rusiyanın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçiriblər - FOTO

Müsavatçı gənclər Rusiyanın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçiriblər - <span style="color: red;">FOTO
# 05 mart 2014 15:34 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Müsavat Partiyasının gənclərdən ibarət bir qrup üzvü Rusiyanın Azərbaycandakı səfirliyinin qarşısında etiraz aksiyası keçiriblər.

Müsavat başqanının gənclərlə iş üzrə müşaviri Rüfət Hacıbəylinin APA-ya verdiyi məlumata görə, aksiyaçılar Rusiyanın Ukrayna ilə bağlı siyasətini tənqid ediblər: “Əsas məqsədimiz Rusiyanın Ukraynaya qarşı apardığı siyasətə etiraz etmək olub. Buna görə də 20 nəfər gənclə birlikdə səfirliyin qarşısında öz etirazımızı bildirdik. Aksiya 10 dəqiqə davam etdi”.

R.Hacıbəyli qeyd edib ki, etiraz qətnaməsini Rusiya səfirliyinə təqdim ediblər. Aksiya insidentsiz başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR