Ağdamda yaşayış evi yanıb - VİDEO

Ağdamda  yaşayış evi yanıb - <span style="color: red;">VİDEO
# 04 mart 2014 20:06 (UTC +04:00)

Ağdam. Teymur Zahidoğlu-APA. Ağdamda yaşayış evi yanıb. APA-nın Qarabağ bürosunun xəbərinə görə, rayonun Çəmənli Ərazi Vahidliyinin Şükürağalı kəndində Bəbirova Məxmər Bəhmən qızına məxsus evdə yanğın olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizlik Xidmətinin əməkdaşları və yanğınsöndürən maşınları cəlb olunub. Alovun qarşısı alınsa da, tikili yaşayış üçün yararsız hala düşüb. Yanğınsöndürən briqadasından verilən məlumata görə, 64 kv.m-lik evin 24 kvadrat metri yanıb. Tikilinin dam örtüyü isə tamamilə sökülüb. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR