Ötən ay Azərbaycanın 1 912 897 kv/m ərazisi mina və partlamamış hərbi sursatdan təmizlənib

Ötən ay Azərbaycanın 1 912 897 kv/m ərazisi mina və partlamamış hərbi sursatdan təmizlənib
# 11 mart 2014 12:17 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Cari ilin fevral ayı ərzində Azərbaycanda 1 912 897 kvadrat metr ərazi yoxlanılaraq mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.

Bu barədə APA-ya Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mətbuat xidmətindən məlumat verilib.

Əməliyyatlar zamanı 408 PHS, 11 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib. Ötən ay respublikada 1 mina/PHS hadisəsi qeydə alınıb.

Əməliyyatlarda 484 minaaxtaran mütəxəssis və 118 nəfərlik yardımçı heyət, həmçinin 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edib.

ANAMA tərəfindən indiyədək cəmi 250 409 799 kvadrat metr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 689 052 ədəd olub.

Hazırda Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağstafa, Ağcabədi, Füzuli, Gəncə, Qəbələ, Xocavənd, Tərtər, eyni zamanda Bakı şəhəri, Qaradağ rayonu Güzdək qəsəbəsində davam etdirilir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR