Azərbaycan karateçiləri İslam Oyunlarının ilk günündə iki medal qazanıb - FOTO

Azərbaycan karateçiləri İslam Oyunlarının ilk günündə iki medal qazanıb - <span style="color: red;">FOTO
# 23 sentyabr 2013 18:06 (UTC +04:00)

Bakı-APA. İndoneziyanın Palembanq şəhərində keçirilən III İslam Oyunlarının ilk günündə Azərbaycan karateçiləri uğurlu çıxış edib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, idmançılarımız 1 qızıl və 1 gümüş medal qazanıb.

İslam oyunlarında 4 görüş keçirən Ayxan Mamayev ilk iki döyüşdə 8:0, üçüncü döyüşdə 1:0 hesablı qələbə qazanıb. Finalda isə karateçimiz Misir idmançısı Hani Keştanı 9:1 hesabı ilə məğlub edib.

Öz növbəsində Şahin Atamov ilk döyüşdə 5:3, ikincidə 2:0, yarımfinalda isə 1:0 hesabı ilə qalib gəlib. Yalnız finada iranlı rəqibinə məğlub olan Ş.Atamov Azərbaycan millisinə III İslam Oyunlarında ilk medalı qazandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR