Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində seminar keçirilib - FOTO

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində seminar keçirilib - <span style="color: red;">FOTO
# 06 fevral 2014 15:22 (UTC +04:00)

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, fevralın 6-da Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində “Korrupsiyaya qarşı mübarizədə prokurorluğun rolu və əsas vəzifələri” mövzusunda seminar keçirilib.

Tədbirdə Baş prokurorun birinci müavini Rüstəm Usubov, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibi Vüsal Hüseynov, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev, idarənin əməkdaşları, rayon, şəhər və ərazi hərbi prokurorları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Rüstəm Usubov son illər Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş sistemli və davamlı tədbirlər barədə ətraflı məlumat verməklə prokurorluq orqanlarının korrupsiya ilə mübarizəni fəaliyyətinin prioritet xətt kimi müəyyən etdiyini bildirmişdir. Korrupsiyaya qarşı mübarizə tədbirlərinin daha da gücləndirilməsinin zəruriliyini və prokurorluq orqanlarının əməkdaşları qarşısında mühüm vəzifələrin durduğunu bildirən natiq, dövlət başçısının siyasi iradəsinə uyğun olaraq bu sahədə prokurorluq orqanlarının üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələ biləcəklərinə əminliyini ifadə edib.

Tədbirdə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi Vüsal Hüseynov çıxış edərək “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası, o cümlədən prokurorluq orqanları tərəfindən bu sahədə görülmüş işlər və qarşıda duran vəzifələr, habelə Milli Fəaliyyət Planının icrası ilə əlaqədar gözlənilən nəticələr barədə ətraflı məlumat verib.

Seminarda həmçinin, idarənin şöbə rəisləri Vüqar Əliyev və Elşən Abbasov dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizə ilə bağlı prokurorluq orqanlarının əsas vəzifələri və prokurorluq əməkdaşları tərəfindən Etik Davranış Kodeksinin tələblərinə əməl edilməsinin vəziyyəti barədə çıxışlar ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR