Nazir: “Azərbaycanda turizm qiymətlərinin tənzimlənməsi lazımdır”

Nazir: “Azərbaycanda turizm qiymətlərinin tənzimlənməsi lazımdır”
# 21 fevral 2014 11:10 (UTC +04:00)

Xaçmaz. Vəli Turan -APA. “Azərbaycan vətəndaşlarının alıcılıq qabiliyyətini nəzərə alaraq qiymətlərin tənzimlənməsi turizm sahəsində də lazımdır”. APA-nın şimal bürosunun məlumatına görə, bu barədə Xaçmazda jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev məlumat verib.

Onun sözlərinə görə, bu məsələ 3 il öncə gündəmə gəlib: “Təxminən iki il müddətində - 2012-2013-cü illərdə biz qiymətlərin artırılmasına imkan vermədik. Hətta üç il öncə bu məsələ qalxanda biz qiymətlərin 20 faiz aşağı düşməsinə nail olduq”.

Nazir bildirib ki, bu siyasət davamlı olacaq: “Qiymətlərin enməsi rəqabətin və xidmətin səviyyəsindən asılıdır. Nə qədər ki, rəqabətə davamlı təşkilatlar olacaq, o zaman qiymətlər də aşağı düşəcək”.

Nazir vurğulayıb ki, bu sahənin inkişafı üçün dövlət proqramı nəzərə tutulub. Proqrama əsasən, ölkənin müxtəlif yerlərində xüsusi turizm zonaları yaradılacaq: “Turizm zonasının inkişaf konsepsiyası sərmayəçilərə imkan verəcək ki, onlar həmin ərazidə dövlət qanunlarına uyğun olaraq tikinti aparsınlar və bu sahəni inkişaf etdirsinlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR