Haşimi Rəfsəncaninin daha bir qızına həbs cəzası kəsilib

Haşimi Rəfsəncaninin daha bir qızına həbs cəzası kəsilib
# 27 yanvar 2014 08:25 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran Məsləhət Şurasının sədri, eks-prezident Əliəkbər Haşimi Rəfsəncaninin qızına həbs cəzası kəsilib.

APA-nın İSNA-ya istinadən verdiyi məlumata görə, bu barədə Fatimə Haşiminin vəkili Seyid Vəhid Əbulmali açıqlama verib.

Onun sözlərinə görə, Tehran İnqilab Məhkəməsinin birinci şöbəsi müvəkkilinə 6 ay həbs cəzası verib: “Ancaq qərarın icrası iki il müddətinə təxirə salınıb”.

V.Əbulmali həmçinin deyib ki, tezliklə məhkəmənin qərarından apellyasiya şikayəti verəcəklər.

Qeyd edək ki, F.Haşimi İran Məhkəmə Hakimiyyətinin sədri, ayətullah Sadıq Amoli Laricani və ölkə parlamentinin sədri Əli Laricani təhqir etmək və onlara iftira atmaqda günahlandırılıb. Lakin qardaşların heç bir şikayətinin olmamasına baxmayaraq, məhkəmə belə bir qərar çıxarıb. F.Haşimi isə ona qarşı irəli sürülmüş ittihamları rədd edərək, sadəcə, ölkə parlamentində qardaşı Mehdi Haşimiyə dələduz deyilməsinə etiraz bildirdiyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR