Ötən ay Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri artıb

Ötən ay Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri artıb
# 14 mart 2014 14:37 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin fevral ayında Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki ayla müqayisədə 1,7%, o cümlədən mədənçıxarma sənayesi üzrə 0,1%, emal sənayesi üzrə istehsalçı qiymətləri isə 13,1% artıb.

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin fevral ayında mədənçıxarma sənayesi bölməsində istehsalçı qiymətləri metal filizlərinin hasilatı üzrə 2,8%, xam neft və təbii qaz hasilatı üzrə istehsalçı qiymətləri isə 0,1%, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə istehsalçı qiymətləri isə 0,4% bahalaşıb.

Fevralda emal sənayesi bölməsində istehsalçı qiymətləri kompüter və digər elektron avadanlıqların istehsalı üzrə 3,4%, zərgərlik, musiqi, idman və tibb avadanlıqlarının istehsalı və maşın və avadanlıqların quraşdırılması və təmiri üzrə 1,2%, əczaçılıq məhsullarının istehsalı üzrə 0,7%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı üzrə 0,5% ucuzlaşıb, poliqrafiya fəaliyyəti üzrə 31,2%, neft məhsullarının istehsalı üzrə 22,4%, metallurgiya sənayesi üzrə 2,1%, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 1,6%, qida məhsullarının istehsalı üzrə 1,1%, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 0,6%, geyim istehsalı üzrə 0,4%, toxuculuq sənayesi üzrə istehsalçı qiymətləri 0,2% bahalaşıb.

Ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsi və su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsi üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR