Tanınmış şair-publisist Tofiq Abdin dəfn olunub - YENİLƏNİB - VİDEO - FOTO

Tanınmış şair-publisist Tofiq Abdin dəfn olunub - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO  - <span style="color: red;">FOTO
# 25 fevral 2014 12:02 (UTC +04:00)

APA-nın məlumatına görə, mərhumun evində keçirilən mərasimdə ziyalılar və ədəbiyyat xadimləri iştirak ediblər.

Vida mərasimindən sonra T. Abdin Buzovna qəbiristanlığında torpağa tapşırılıb.

***

saat 12.54

Bakı. Cavid Zeynalov - APA. Tanınmış şair-publisist Tofiq Abdin dünən axşam saatlarında dünyasını dəyişib.

Yazıçı Afaq Məsudun APA-ya verdiyi məlumata görə onun ölümünə səbəb ürək tutması olub.

Mərhumla vida mərasimi bu gün saat 14-00-da evində keçiriləcək.

Qeyd edək ki, Tofiq Abdin 1941-ci ildə Salyanın Qırmızıkənd kəndində anadan olub.

1968-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini bitirib. Həmin ildən "Qobustan" toplusunda şöbə müdiri işləyib. 1993-2001-ci illərdə Türkiyədə yaşayıb, Türkiyənin "Orta doğu" və "Yeni Asiya" qəzetləri ilə əməkdaşlıq edib. 12 publisistik və şeir kitabının müəllifidir. Tofiq Abdin uzun müddət "Ədalət" qəzetində də türk ədəbiyyatının təbliği ilə məşğul olub.

2002-ci ildə xalq şairi Rəsul Rza adına Beynəlxalq Ədəbiyyat mükafatını alıb. 2010-cu ildə "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb.

Uzun illər dövrü mətbuatda da müntəzəm çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR