Düşənbədə 28 May - Respublika Günü ilə bağlı rəsmi qəbul keçirilib - FOTO

Düşənbədə 28 May - Respublika Günü ilə bağlı rəsmi qəbul keçirilib - <span style="color: red;">FOTO
# 27 may 2014 16:10 (UTC +04:00)

Bakı - APA. Bu gün Tacikistanın paytaxtı Düşənbədə Azərbaycanın 28 May - Respublika Günü ilə bağlı rəsmi qəbul keçirilib.

Azərbaycanın Tacikistandakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbirin əvvəlində Azərbaycan və Tacikistanın dövlət himnləri səsləndirilib.

Tədbirdə Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov və Tacikistanın iqtisadi inkişaf və ticarət naziri, Azərbaycan-Tacikistan Hökumətlərarası Komissiyanın həmsədri Şarif Rahimzoda çıxış ediblər.

Səfir çıxışında Şərqin ilk demokratik parlamentli respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, əhəmiyyəti və fəaliyyəti barədə qısa məlumat verib, Azərbaycanın 71 il sovet hakimiyyətinin tərkibində qaldığı illərdə də inkişafa davam etdiyini qeyd edib. O, 1991-ci ildə yenidən müstəqillik əldə edən respublikamızın ilk illərdə müharibə və xaosla üzləşməsi, nəticədə 20% torpaqlarımızın işğal olunması, 1 milyondan artıq qaçqın və məcburi köçkün ordusunun yaranması barədə söz açıb. Ermənistan-Azərbaycan münaqişəsi barədə A.Həsənov bildirib ki, BMT TŞ-nin Azərbaycanın işğal olunmuş torpaqlarının qeyd-şərtsiz azad olunması barədə 4 qətnaməsinin olmasına baxmayaraq, Ermənistan bu qətnamələri bu günədək yerinə yetirmir.

Ş.Rahimzoda çıxışında Respublika Günü münasibətilə azərbaycanlıları təbrik edib, Tacikistanla Azərbaycanın etibarlı tərəfdaş olduğunu diqqətə çatdırılıb. Nazir qeyd edib ki, dövlət başçılarının qarşılıqlı səfərləri və səmimi münasibətlərinin olması ikitərəfli münasibətlərin inkişafına xüsusi dinamika verir. Tərəflər çıxışlarında Düşənbə-Bakı birbaşa hava reysinin bərpası üzərində iş aparıldığını və ikitərəfli münasibətlərin daha da inkişafı üçün birbaşa reysin olmasının vacibliyini vurğulayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR