Ankarada Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Təşkilatının iclası keçiriləcək

Ankarada Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Təşkilatının iclası keçiriləcək
# 29 mart 2014 08:00 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. İyun ayında Ankarada Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Təşkilatının (TAKM) toplantısı keçiriləcək. Bu barədə APA-ya Türkiyə Jandarma Qüvvələrindən məlumat verilib.

Türkiyə, Azərbaycan, Qırğızıstan və Monqolustanın jandarma qüvvələri və Daxili Qoşunlar komandanlarının iştirak edəcəyi toplantıda TAKM-ın sədrliyinin rotasiya qaydasında Türkiyədən Qırğızıstana keçməsi gözlənilir.

Qeyd edək ki, TAMK 2013-cü il yanvar ayının 25-də Bakıda Avrasiya bölgəsində yerləşən və təşkilatda təmsil olunan ölkələrin hərbi statuslu hüquq-mühafizə təşkilatları arasında əməkdaşlığı gücləndirmək məqsədilə təsis olunub. Təşkilatın qısa adı olan TAKM onun təsisçiləri – Türkiyə, Azərbaycan, Qırğızıstan və Monqolustanın adının ingiliscə yazılışda baş hərflərindən formalaşdırılıb. Təşkilatın emblemində at (türkdilli xalqların mifologiyasından və mədəniyyətindən götürülüb) və 4 ulduz təsviri var.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR