Həbsxanaya və cəzaçəkmə müəssisəsinə qadağan olunmuş vasitələrin keçirilməsinin qarşısı alınıb

Həbsxanaya və cəzaçəkmə müəssisəsinə qadağan olunmuş vasitələrin keçirilməsinin qarşısı alınıb
# 10 fevral 2014 08:26 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həbsxanaya və cəzaçəkmə müəssisəsinə qadağan olunmuş vasitələrin keçirilməsinin qarşısı alınıb.

Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Cinayət Məcəlləsinin 181.2.1; 181.2.5 maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilmiş, etapla Qobustan həbsxanasına daxil olmuş İbrahim Rasim oğlu Novruzovun üzərinə baxış keçirilən zaman, alt paltarında gizlətdiyi və daxilində danışıq kartı olan 1 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan, Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum edilmiş Etibar Əfsər oğlu İlyasovun yanına qısamüddətli görüşə gəlmiş anası Nazilə Nəcəf qızı İlyasovanın üzərinə və gətirdiyi sovqata baxış keçirilən zaman isə pul qabının içindən sellofan paketə bükülmüş və xalis çəkisi 0.45 qram olan narkotik vasitə - həşiş qətranı aşkar edilərək götürülüb.

Faktlar üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR