Bakıda yaşayış evində baş verən yanğın söndürülüb, xəsarət alan var - YENİLƏNİB - FOTOSESSİYA - VİDEO

Bakıda yaşayış evində baş verən yanğın söndürülüb, xəsarət alan var - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 17 fevral 2014 10:55 (UTC +04:00)

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə nəticəsində iki mərtəbəli yaşayış evinin ikinci mərtəbəsi 50 kvadratmetr sahədə yanıb. Hadisə yerinə gələn yanğınsöndürənlər qıza zaman kəsiyində yanğının qarşısını ala biliblər.

Yanğın zamanı ev sahibi Xanəhməd Xanəhmədov xəsarət alıb.

İlkin ehtimala görə, yanğına qısaqapanma səbəb olub.

***

13.07

Bakı. Hafiz Heydərov - APA. Bakıda yaşayış evində yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya verilən məlumata görə, hadisə paytaxtın Topçubaşov küçəsi - 105 ünvanında yerləşən yaşayış evində qeydə alınıb. İki mərtəbəli fərdi yaşayış evində baş verən yanğının söndürülməsinə 3 yanğınsöndürən maşın cəlb edilib.

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR