Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycanda "Aqrar-sənaye kompleksinin inkişafı strategiyası " hazırlanaraq ilkin layihəsi Azərbaycan Respublikası Prezidenti Administrasiyasına təqdim olunub.
Bu barədə “APA-Economics”ə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, “Aqrar-sənaye kompleksinin inkişafı strategiyası” aqrar siyasətin əsas prinsiplərini, kənd təsərrüfatının inkişafında strateji hədəfləri və prioritet istiqamətləri özündə əks etdirir.