Ötən il Azərbaycanda yaradılan yeni müəssisələrin 55%-i Bakıda qeydiyyatdan keçib

Ötən il Azərbaycanda yaradılan yeni müəssisələrin 55%-i Bakıda qeydiyyatdan keçib
# 16 yanvar 2014 14:36 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Ötən il Azərbaycanda hüquqi və fiziki şəxslərin sayı artıb və qeydiyyata alınmış 7 879 hüquqi şəxsin 211-i dövlət mülkiyyətinə, 6-sı bələdiyyə mülkiyyətinə, 6 956-sı isə xüsusi mülkiyyətə aid olub.

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ümumi qeydiyyata alınmışlardan 568-i tam xarici investisiyalı, 138-i isə birgə müəssisələr olub.

Yeni müəssisələrin 54,5%-i Bakıda, 12,6%-i Aran, 6,5%-i Abşeron, 7%-i Gəncə-Qazax iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə qeydiyyatdan keçib.

Vergilər Nazirliyinin məlumatına əsasən, keçən il ərzində 65 080 fiziki şəxs qeydiyyatdan keçib. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər daha çox Bakıda, Aran, Gəncə-Qazax, Lənkəran, Abşeron və Şəki-Zaqatala iqtisadi rayonlarında qeydiyyata alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR