Gəncədə “Hesabatların elektron qəbulu” mövzusunda regional təqdimat keçirilib - FOTO

Gəncədə “Hesabatların elektron qəbulu” mövzusunda regional təqdimat keçirilib - <span style="color: red;">FOTO
# 15 aprel 2014 13:40 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Dövlət Sosial Müdafiə Fondu (DSMF) bu gün Gəncədə “Hesabatların elektron qəbulu” mövzusunda regional təqdimat keçirib. DSMF-in mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, Gəncə şəhərini və Azərbaycanın qərb bölgəsi - Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Kəlbəcər, Göygöl, Samux rayonlarını təmsil edən sığortaedənlər, sığortaolunanlar və pensiyaçıların qatıldığı təqdimat mərasimində slaydlar vasitəsilə Fondun əhaliyə göstərdiyi elektron xidmətlər barədə geniş məlumat verilib.

DSMF-in pensiya sənədləri və müraciətlərlə iş şöbəsinin müdiri Famil Qədimov çıxış edərək, elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsinin və keyfiyyətinin artırılmasının vacibliyini diqqətə çatdırıb.

Tədbirdə o da vurğulanıb ki, “Elektron hökumət” portalının statistikasına əsasən, DSMF-nin əhaliyə göstərdiyi elektron xidmətlər qısa müddət ərzində ən çox istifadə olunan xidmətlər sırasında ilk yerləri tutub. Elektron hesabat xidmətindən istifadə qaydaları və xüsusi proqram təminatı DSMF-in www.sspf.gov.az; www.e-sspf.gov.az saytlarında yerləşdirilib.

“Məcburi dövlət sosial sığortası üzrə hesabatların (B1, B2) və məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatın (B3) elektron formada qəbulu” adlı proqramda sığortaedənlərə təklif olunan elektron xidmətlər, onlardan istifadə qaydaları öz əksini tapıb.

Hazırda bütün ölkə üzrə iri və orta sahibkarlardan hesabatlar tam elektron qaydada qəbul edilir. Kiçik ödəniş edən, mühasibatlığı avtomatlaşdırılmamış torpaq pay mülkiyyətçiləri, fərdi sahibkarıq fəaliyyəti ilə məşğul olan şəxslər isə DSMF-nin yerli şöbələrində yaradılmış “Yardım masaları”nın xidmətindən yararlanmaqla öz hesabatlarını elektron formada təqdim etmək imkanı qazanırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR