APA-nın hadisə yerində olan əməkdaşının məlumatına görə, görüşdən çıxanlar bildiriblər ki, yekun qərar olaraq onlara 1 həftə vaxt verilib. Sahibkarlar 1 həftə yeraltı keçiddə satışdan istifadə edə bilərlər. Vəziyyətlə bağlı bu müddətdə qərar veriləcək.
Bununla da, aksiya başa çatıb.
***
saat 12.37
Bakı. Gülnar Bəşirova - APA. Bir qrup şəxs Bakı Metropoliteninin yeraltı keçidlərindəki mağazaların bağlanmasına etiraz olaraq aksiya keçirməyə cəhd edir.
APA-nın məlumatına görə, aksiya iştirakçıları Metropoliten binasının qarşısına toplaşıblar.
Ərazidə polislər var.
Aksiya davam edir.