Ombudsman Aparatının əməkdaşları Daxili Qoşunların Ali Hərbi Məktəbində, Hospitalında və hərbi hissəsində olublar

Ombudsman Aparatının əməkdaşları Daxili Qoşunların Ali Hərbi Məktəbində, Hospitalında və hərbi hissəsində olublar
# 10 aprel 2014 13:54 (UTC +04:00)

Bakı-APA. Ombudsman Aparatının əməkdaşları Daxili Qoşunların “N” saylı hərbi hissəsində, Hospitalında və Ali Hərbi Məktəbində plan üzrə baxışlar keçiriblər.

Ombudsman Aparatından APA-ya verilən məlumata görə, baxışların məqsədi hərbi qulluqçuların məişət şəraiti ilə tanış olmaq, onlarla rəftar və həmin müəssisələrdə insan hüquqlarının müdafiəsi vəziyyətinin araşdırılması olub.

Hərbi hissənin, Hospitalın və Ali Hərbi Məktəbin bütün obyektlərinə baxış keçirilib, şərait, habelə rəftar və qidalanma vəziyyəti, müalicənin keyfiyyəti müsbət qiymətləndirilib. Şəxsi heyətlə insan hüquqları, o cümlədən mövcud hərbi qanunvericilik və hərbi nizamnamələr mövzusunda söhbətlər aparılıb, hərbi qulluqçuların hüquqları ilə bağlı coxsaylı sualları cavablandırılıb.

Başçəkmə zamanı hərbi hissənin ərazisində zabitlər üçün inşa olunmuş 102 mənzilli, 12 mərtəbəli, binada son tamamlama işlərinin aparıldığı, həmin binanın birinci mərtəbəsinin isə uşaq bağçası kimi fəaliyyət göstərəcəyi və yaxın günlərdə istifadəyə veriləcəyi məlum olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR