Bakıda kommersiya obyektləri kəskin bahalaşıb

Bakıda kommersiya obyektləri kəskin bahalaşıb
# 15 aprel 2014 09:51 (UTC +04:00)

APA-Economics”in məlumatına görə, mənzil bazarını araşdıran “MBA Consulting Group” tərəfindən aparılan monitorinqin nəticələrinə görə, bahalaşmaya əsas səbəb kimi 2011-ci ildən başlayan qiymət artımı dalğası hələ də davam etməsi və qiymətlərin kəskin artımı isə öz növbəsində investorlar üçün bazarı cəlbedici etməsini göstərmək olar.

Ümumilikdə, ay ərzində ümumi satış portfelində təklifin azalması baş verib. Digər seqmentlərlə müqayisədə təklif üzrə ən çox azalma mağaza və yer seqmenti üzrə qeydə alınıb.

Hesabat dövründə daşınmaz əmlak alqı-satqı mərkəzlərinə müraciət edənlərin sayında və buna müvafiq olaraq bağlanan əqdlərin dinamikasında əvvəlki ayla müqayisədə artım qeydə alınıb. Ümumilikdə müxtəlif qəzet və elanlarda, internet səhifələrində satış məqsədi ilə reklama çıxarılan və alqı-satqı ofislərinə təklif olunan obyektlərin sayı ay ərzində 3,98% azalaraq 301 ədəddən 289 ədədə enib. Kommersiya obyektləri bazarında bağlanan əqdlərin sayı kommersiya bazarının ümumi tendensiyasına uyğun olaraq 1,77% azalaraq 113 ədəd təşkil edib.

Satış məqsədilə bazara təklif olunan kommersiya obyektlərinin həcmində əsas paya 65%-lə “boş yer” təyinatlı sahələr malikdir (bu tip obyektlərin təyinatı dəqiq deyil və onlar ofis, mağaza və ya xidmət təyinatı altında istifadə oluna bilərlər). Xidmət və mağaza təyinatlı yerlər isə bazarda müvafiq olaraq 17% və 15% paya sahibdirlər. Satışda olan ofis təyinatlı yerlərin sayı ümumi payın 2%-nə, qalan seqmentlər isə (zirzəmi, anbar, qaraj, sənaye və s.) bazarda payın 1%-nə malikdirlər.

Qeyri-yaşayış obyektlərinin orta sahəsi fevral ayı üçün 196,2 kv. m təşkil edib ki, bu da öz növbəsində ötən aya nisbətən 7,39% artıb. Artıma əsas səbəb kimi əmlak bazarında ayrıca böyük sahələrə malik tikili obyektlərinin satışa təklifin artması ilə əlaqələndirmək olar. Araşdırmalar nəticəsində Bakı şəhərində ən böyük sahə Binəqədi rayonunda boş yer qeydə alınıb, 1500 kv. m, ən az sahəyə isə Səbail rayonunda, MUM yaxınlığında 13 kv. m sahəyə malik olan yer qeydə alınıb.

Əvvəlki aylarla müqayisədə kommersiya bazarında müşahidə edilən dinamika sözsüz ki, orta qiymətə təsirsiz ötüşməyib. Fevral ayı üçün bazarda orta satış qiyməti əvvəlki ayla müqayisədə 3,94% artaraq 4259 $/kv. m təşkil edib. Aktivliyin artması, obyektlərin satışının ekspozisiya müddətinin 1,36% azalmasına səbəb olub. Ay ərzində qeyri-yaşayış sahələri bazarında obyektlərin satış ekspozisiya müddəti 145 gün təşkil edib.

Bu il fevral ayında qeyri-yaşayış sahələrinin alqı-satqısı qiymətlərində 6,02% artım, obyektlərin icarəsi bazarında isə 4,06% azalma müşahidə edilib. Bakı şəhəri üzrə 1 kv. m qeyri-yaşayış sahəsinin orta qiyməti (təklif üzrə) qeydə alınan 4017 $/kv. m-dən artaraq 4259 $/kv. m, icarə qiymətləri isə 21,16 $/kv. m/ay azalaraq 20,30 $/kv. m/ay təşkil edib. Fevral ayında qiymət indeksi ötən ilin müvafiq ayına nəzərən isə artıb.

Qiymətlərin son ayda azalması II və III zonalarda müşahidə edilib. Qiymətlərin son iki ayda artması əsasən bazarın ümumi tendensiyası ilə izah olunur. Qeyri-yaşayış sahələri üzrə orta qiymət dəyişməsi seqmentlər üzrə aşağıdakı formada qeydə alınıb:

Sahələr

yan 2014

fev 2014

%

mağaza

3883

4211

8,45%

yer

3928

4086

4,02%

xidmət

4300

4458

3,67%

ofis

2342

2421

3,37%

zirzəmi

1011

1030

1,88%

sənaye

633

635

0,32%

orta qiymət

4259

4427

3,94%

Zonalar üzrə obyektlərin icarə qiymətlərində əks dəyişikliklər qeydə alınıb.

Zonalar

yanvar 2014

fevral 2014

artım (azalma)%

I zona

23,59

27,7

17,4%

II zona

19,87

20,42

2,8%

III zona

14,4

15,26

6,0%

IV zona

7,92

7,95

0,4%

orta qiymət

21,16

20,3

-4,06%

İlk baxışda şəhər qiymətlərdə azalma olsa da, zonalar üzrə obyektlərin icarə qiymətlərində artım müşahidə edilib. Buna səbəb kimi isə zonalar üzrə təklif portfelində nəzərə çarpan struktur dəyişikliyinin nəticəsi kimi baxmaq olar.


seqmentlər

yanvar, $/kv.m

fevral, $/kv.m

artım/azalma, %

mağaza

33,37

39,69

18,94

yer

21,24

22,88

7,72

xidmət

16,89

19,21

13,74

ofis

15,8

17,2

8,93

zirzəmi

5,0

5,5

10,00

sənaye

4,9

4,91

0,20

İlin əvvəlindən başlayan qiymət artımı, fevral ayında da davam edib. Ötən il bütünlüklə və bu ilin əvvəlində müşayiət edilən bazar indikatorları 2014-cü ilin sonuna doğru rəqəmlərin daha yumşaq formada cərəyan edəcəyinə zəmin yaradır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR