Hindistan səfiri: “Ümid edirəm ki, Azərbaycan və Ermənistan arasında müharibə baş verməyəcək”

Hindistan səfiri: “Ümid edirəm ki, Azərbaycan və Ermənistan arasında müharibə baş verməyəcək”
# 17 iyun 2014 11:46 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. “Bizim Azərbaycan və Ermənistanla geniş əlaqələrimiz var. Buna görə istəyirik ki, iki ölkə arasında münaqişə sülh yolu ilə həll olunsun”. APA-nın məlumatına görə, bunu Hindistanın Azərbaycandakı səfiri Vinod Kumar deyib.

Hindistanın münaqişənin həllində güc tətbiqinə qarşı olduğunu ifadə edən səfir Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə ümid etdiyini vurğulayıb: “Mən ümid edirəm ki, Azərbaycan və Ermənistan arasında müharibə baş verməyəcək”.

Səfir tələbələrin Xocalı soyqırımının Hindistan tərəfindən tanınmaması və bu olaya hüquqi qiymət verilməməsi barədə sualını isə cavablandırmayıb.

Azərbaycan və Hindistan parlamentləri arasında əlaqələrin mövcud olduğunu, dostluq qruplarının fəaliyyət göstərdiyini söyləyən V. Kumar Hindistan cəmiyyətində Azərbaycanla bağlı informasiya məhdudluğu olduğunu bildirib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR