Yəməndə həbsxanaya hücum olub: 7 hərbçi həlak olub

Yəməndə həbsxanaya hücum olub: 7 hərbçi həlak olub
# 13 fevral 2014 22:58 (UTC +04:00)

Bakı-APA. Yəmənin paytaxtı Sanada mərkəzi həbsxanaya edilmiş hücum nəticəsində 7 hərbçi və 3 silahlı ölüüb. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, şəhərin Əl Cərəf rayonunda yerləşən həbsxanaya hücumu naməlum silahlı şəxslər edib. Hücumdan əvvəl silahlılar bir neçə partlayış törədib və həbsxananı minaatanlardan atəşə tutublar.

Bundan sonra hücum edən şəxslər həbsxananın mühafizəçilərini avtomat silahlardan atəşə tutub. Hadisə yerinə dərhal əlavə hərbi qüvvə cəlb olunub. Məlumata görə, bir neçə mərmi Sana beynəlxalq aeroport və DİN-in binasının yaxınlığında partlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR