Moskvada Qırğızıstanın keçmiş prezidenti Əsgər Akayevin kürəkəni saxlanılıb

Moskvada Qırğızıstanın keçmiş prezidenti Əsgər Akayevin kürəkəni saxlanılıb
# 15 fevral 2014 22:54 (UTC +04:00)

Bakı-APA. Moskvada rəsmi Bişkekin sorğusu əsasında 2005-ci ildən “İnterpol” xətti ilə axtarışda olan Qırğızıstanın keçmiş prezidenti Əsgər Akayevin kürəkəni Adil Toyqanbayev saxlanılıb. APA-nın məlumatına görə, bu barədə “İTAR TASS”a onun vəkili Nikolay Polozov bildirib.

“Adil Toyqanbayev Moskvada saxlanılıb və hazırda, o “Kitay-qorod” daxili işlər şöbəsindədir”, deyə Polozov bildirib.

Vəkilin sözlərinə görə, Qırğızıstanın keçmiş prezidenti Əsgər Akayevin kürəkəninin sükan arxasında olduğu avtomobil ötən gün axşam saatlarında yol polisinin əməkdaşları tərəfindən saxlanılıb.

Sürücünün şəxsiyyəti məlumat bazasında yoxlanılarkən onun Qırğızıstanın sorğusu əsasında 2005-ci ildən “İnterpol” xətti ilə axtarışda olduğu müəyyənləşib.

Qeyd edək ki, Adil Toyqanbayev vətənində dələduzluq, mənimsəmə və vergilərdən yayınmaqda ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR