Azərbaycanda nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına görə bəzi cəzalar 3 dəfə azaldırılır

Azərbaycanda nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına görə bəzi cəzalar 3 dəfə azaldırılır
# 17 fevral 2014 14:48 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycanda sürücülər tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına görə tətbiq edilən bəzi cəzalar yüngülləşdirilir.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 155-ci maddəsinə əlavə və dəyişikliklər edilir.

Layihəyə əsasən, indiyə qədər xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşə yuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə 150 manat cərimə nəzərdə tutulurdu. Dəyişiklikdən sonra bu cəza 50 manat təşkil edəcək.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və növbəti iclasda müzakirəyə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR